Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) təşkilat Şurasının iclasında 2025-ci il Dünya Kubokunun nizamnaməsini təsdiqləyib.
Arena.az bu barədə qurumun rəsmi saytına istinadən məlumat verir.
Mötəbər yarış 2025-ci ilin iyun ayının 15-dən iyul ayının 13-dək Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək.
İyunun 1-dən 10-a qədər müddətdə isə yeni transfer pəncərəsinin fəaliyyət göstərəcəyi bildirilir. Bu transfer pəncərəsinə qoşulma qərarını isə FIFA-ya üzv olan hər bir assosiasiya müstəqil surətdə qəbul edəcək.
Bəzi futbolçuların müqaviləsi iyunun 30-da başa çatdığı üçün klublararası dünya çempionatında iştirak edən komandalar iyunun 27-dən iyulun 3-dək müəyyən edilmiş məhdud müddət daxilində oyunçuları dəyişdirmək hüququ qazanacaqlar. Məqsəd, müqaviləsi başa çatmış klubların və oyunçuları oyunçuların yarışda iştirakını asanlaşdırmaq üçün uyğun həll yolu tapmağa həvəsləndirməkdir.