İranın İsrailə raket hücumunun yeni görüntüləri yayılıb.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, kadrlar termal kameralarla təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə qeydə alınıb.
Videoda raketlərin necə start götürdüyü və hədəfə yönəldiyi görünür.
Xatırladaq ki, oktyabrın 1-də İrandan HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə onlarla raket atılıb.