İran İsrailin mümkün zərbəsinə hazırlıq üçün Rusiyadan peyk kəşfiyyatının aparılmasına köməklik göstərməsini istəyib. Bu barədə "The New York Times" qəzeti yazıb.
Oktyabrın 1-də İranın İsrailə 200 raket atmasından sonra Tələ-Əviv İslam Respublikasının nüvə sənayesi və neft obyektlərinə zərbə endirmək variantını nəzərdən keçirir.
Rusiyaya müraciət də məhz bu obyektlərə hücumun təşkil edilməsi barədə əvvəlcədən məlumatlar almaq məqsədi daşıyır.
www.anews.az