RU

Trampın həyat yoldaşından diqqətçəkən açıqlama

ABŞ-nin keçmiş birinci xanımı Melaniya Trampın xatirə kitabı gələn həftə işıq üzü görəcək. Kitabdan mətbuata sızan bir hissə səs-küy yaradıb.

News24.az xəbər verir ki, o, həyat yoldaşı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampdan fərqli olaraq abort hüququnu müdafiə edib.

Kitabın mətbuata sızan bir hissəsində keçmiş birinci xanım Amerika prezident seçkilərinin ən mübahisəli məsələlərindən biri olan abortla bağlı fikirlərini bölüşüb. O deyib ki, qadınlar dövlətin müdaxiləsi və təzyiqi olmadan uşaq sahibi olub-olmamağa qərar verməlidirlər.

Siyasi fikirlərini ictimaiyyət arasında nadir hallarda ifadə edən Melaniya Trampın bu açıqlaması diqqətçəkən olub.

Tramp illərdir abortun qatı əleyhdarı olub. İş o yerə çatıb ki, o, iki il əvvəl bütün ölkə üzrə aborta qadağa qoyan konstitusiya məhkəməsinin qərarını müdafiə edib. Lakin seçki yarışı gücləndikcə o, mövqeyini yumşaldıb. O bildirib ki, bəzi müstəsna hallarda aborta icazə verilməlidir. Tramp indi federal abort qadağasını dəstəkləməkdən imtina etsə də, dövlət əsaslı qadağa qərarlarına qarşı çıxmayacağını bildirib.

Məryəm İlhamqızı

Избранный
2
1
news24.az

3Источники