RU

Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə 809 minə yaxın sərnişin daşınıb

Ötən

Bakı, 4 oktyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili və Abşeron dairəvi marşrutları ilə bu ilin sentyabrında 809 minə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz çoxdur.

ADY-dən AZƏRTAC-a bildirilib ki, ən böyük artım 53 faizlə Bakı-Qəbələ-Bakı marşrutu ilə daşımalarda qeydə alınıb.

Eyni zamanda, qatarla səfər edən xarici turistlərin sayı 47 faiz çox olub.

Избранный
17
6
azertag.az

7Источники