RU

"Mənə xoş olmayan sözlər deyən azarkeşləri anlayıram"- Roman Qriqorçuk

Misli Premyer Liqasının 9-cu turunda "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olan "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Tovuzda baş tutan oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, cari mövsüm qələbə qazana bilməyən "ağ-qaralar"ın ukraynalı çalışdırıcısı belə danışıb:

- Məğlubiyyətin əsas səbəbi nə idi?
- Bu oyunu sizə dəqiq təhlil edə bilmirəm. Bu matçdan sonra sizə öz durumum haqda nə deyə bilərəm? Sanki yuxudayam. 
- Yəqin ki, heç bir məşqçi sizin yerinuzdə olmaq istəməz. Bundan sonra nə gözləyirsiz?
- Heç bir dəqiqəmi də buna həsr etmək istəmirəm. Azarkeşlərimiz mənə yaxşı olmayan sözlər deyirdi. Onların dediklərini qəbul edirəm. Onlara bu qədər səbrli olduqları üçün təşəkkür edirəm. Başqa sözlə, onları anlayıram.

- Qriqorçuk "Neftçi"yə gələndən nəyi dəyişə bilib?

- "Neftçi"dəki işimə görə pərişan deyiləm. Ətraflı cavabı ertələyək.

Nihat

 

Избранный
6
fanat.az

1Источники