RU

ADPU-da görüş – 40 il sonra yenidən doğma universitetdə

ADPU-da

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1984-cü il məzunları ilə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova universitetdə təhsilin məzmununda, eləcə də infrastruktur və maddi-texniki bazada həyata keçirilən yeniliklər barədə məlumat verib.

Görüşdə ADPU-nun məzunu, 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva tələbəlik illərinin xoş xatirələrindən danışıb. Həmçinin S.Abdullayeva rəhbərlik etdiyi müəssisənin Pedaqoji Universitetlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Sonda məzunlar universitetlə tanış olublar.

Избранный
14
1
azertag.az

2Источники