RU

Burak Yılmazın yerinə baş məşqçi təyin olundu

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Sinan Kaloğlu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Kayserispor" bir neçə gün öncə Burak Yılmazla yollarını ayırmışdı.

saytlarin hazirlanmasi

Избранный
13
sportal.az

1Источники