RU

Oğurluqda şübhəli bilinən qadın soyuducudan çıxdı

Çorum Təhlükəsizlik Müdirliyi Oğurluq Büro Komandirliyi qrupları oğurluq şübhəliləri haqqında araşdırma başladıb. 

News24.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 3 il 4 ay həbs cəzası kəsilən N.T-nin (20) bir evdə gizləndiyi müəyyən edilib.

Polis qrupları N.T-nin gizləndiyi evdə əməliyyat keçirib və qadını soyuducuda gizlənmiş halda tapıblar. 

Soyuducudan çıxan N.T. saxlanılaraq polis bölməsinə aparılıb.

Məryəm İlhamqızı

Избранный
20
news24.az

1Источники