RU

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib (FOTO)

Bakı. Trend:

4 oktyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Regionalmedianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib.

Trend xəbərverir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli LiderHeydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalanabidəsini ziyarət edib, abidənin önünə güllər düzülüb, Ulu Öndərinxatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizinxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və AzərbaycanRespublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi FuadNəcəfli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında mediasubyektləri və nümayəndələrinin müasir media trendlərinə uyğunformada fəaliyyət göstərməsi, bu sahədəki mövcud çağdaşyanaşmaların tətbiq edilməsi üçün geniş şərait yaradılıb. O istərmaddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanmasıbaxımından bu gün Naxçıvanda sağlam mətbuat strukturununformalaşdığını, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik,qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərinizlənilməsinin Naxçıvan mediası üçün başlıca amillər sırasında yeraldığını diqqətə çatdırıb.

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyininİcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentlik mediasahəsində mütəxəssislər hazırlanması, audiovizual, çap, onlaynmedia subyektlərinin və informasiya agentliklərinin, habeləjurnalistlərin fəaliyyətinin stimullaşdırılması istiqamətindəçoxşaxəli tədbirlər reallaşdırır. O region mediası üçün dayanıqlıinkişaf mexanizmlərinin formalaşdırılması, media subyektlərinincari vəziyyətinin qiymətləndirilməsi və müəyyənləşdirilənehtiyaclar əsasında inkişaf proqramlarının təşkili məqsədilə icraolunan “Regional Medianın İnkişafı” layihəsinin Naxçıvanda ilk dəfəolaraq həyata keçirildiyinə diqqət çəkərək Naxçıvan MuxtarRespublikasının çoxillik tarixi ənənələrə malik mediasubyektlərinin müasir trendlərə, innovativ tətbiqlərə qoşulmasının,beynəlxalq səviyyədə tərəqqisinin əsas prioritetlərdən olduğunuvurğulayıb.

Daha sonra Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev çıxışedərək region mediasında yeniliklərin tətbiqi məqsədilə görülənişlərin ümumilikdə ölkə mediasının inkişafına təsiri barədədanışıb. O, bu addımların regionlarda informasiya mühitininzənginləşməsinə, media qurumlarının peşəkarlıq səviyyəsininyüksəlməsinə və daha etibarlı məlumat axınının təmin edilməsinəsəbəb olduğunu bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə regionalmedianın inkişafı istiqamətində MEDİA Agentliyinin və MətbuatŞurasının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edərək, regionmediasının müasir standartlara uyğun infrastrukturununformalaşmasının, əhalinin informasiyaya əlçatanlığının təminedilməsi və ictimai-siyasi, mədəni-tarixi cəhətdənmaarifləndirilməsinin, habelə sözügedən sahədə uzunmüddətli davamlıinkişafın təşviqinin vacibliyini diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsininmüdiri Vəfa İsgəndərova Naxçıvan mediasının ümumi mənzərəsi vəinkişaf tendensiyası, yerli media subyektlərinin vənümayəndələrinin fəaliyyəti, eyni zamanda onların ehtiyaclarınınmüəyyənləşdirilməsi ilə bağlı aparılan sorğuların nəticələrinə dairtəqdimatla çıxış edib.

Sonra keçirilən sorğuların nəticələri ilə bağlı Naxçıvan medianümayəndələri ilə müzakirələr aparılıb, onları maraqlandıranməsələlərə aydınlıq gətirilib.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Избранный
5
14
az.trend.az

10Источники