RU

“Mançester Siti” və “Nyukasl”ın istədiyi qapıçı

Fransa “Lill”in qolkiperi Lyuka Şevalye karyerasını daha böyük klublarda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, qolkiperlə İngiltərə klubları maraqlanır. 22 yaşlı qapıçı “Mançester Siti” və “Nyukasl” klublarının “radarı”na düşüb. Hər iki komanda Şevalyeni rənglərinə bağlamaq istəyir.

Qeyd edək ki, Şevalye 2022-ci ildən bəri “Lill”in əsas komandasında çıxış edir. 

Избранный
13
idmanxeber.az

1Источники