RU

Dəhşətli hadisə: Gənc həkim bəylik kostyumunu geyinərək..

Türkiyə - Samsunda həkim 6-cı mərtəbədən özünü ataraq intihara cəhd edib. 

News24.az xəbər verir ki, iddiaya görə, Təcili Yardım xidmətinin ümumi praktiki həkimi A.B.B. (26) və eyni xəstəxananın təcili yardım şöbəsində çalışan ümumi praktiki həkim olan həyat yoldaşı İ.P.B. (26) arasında qısqanclıq zəminində mübahisə düşüb.

Xəstəxanada həkim cütlüyünün növbətçiliyi zamanı mübahisə nəticəsində depressiyaya düşdüyü iddia edilən A.B.B. evə tək gedib, təxminən bir il əvvəlki toylarında geyindiyi bəy kostyumunu geyinib və özünü 6-cı mərtəbədəki evinin eyvanından atıb. 

Ağır yaralanan həkim təcili tibbi yardım maşını ilə Samsun Xəstəxanasına aparılıb və müalicə alıb.

Xəstəxananın cərrahiyyə reanimasiya şöbəsində müalicə alan həkimin həyati təhlükəsinin davam etdiyi öyrənilib. Hadisə ilə bağlı başladılan istintaq davam edir.

Günel Məlikzadə

Избранный
18
news24.az

1Источники