RU

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlərə dair yeni prosedur müəyyən edilir

Bakı. Trend:

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinədair tələblərə uyğun olaraq göstərilir.

Trend-inxəbərinə görə, bu barədə “Uşaq hüquqları haqqında” qanuna təklifedilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Uşaq hüquqlarının həyata keçirilməsinin bütünsahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlarmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsi “Uşaqlara dairStrategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçünFəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” AzərbaycanRespublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi iləhazırlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında uşaq hüquqlarınıninkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir.Uşaq hüquqları haqqında BMT Konvensiyasının milli qanunvericlikdətətbiq olunması məqsədilə son illərdə mühüm normativ aktlar qəbulolunub.

Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili,yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyəvə asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmıştələblərin uşaq müəssisələrində Azərbaycan RespublikasıPrezidentinin 2012-ci il 8 may tarixli, 626 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlətnəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadəedilməsi nəzərdə tutulur.

Избранный
17
5
az.trend.az

10Источники