RU

Rusiya Livana 32 tonluq humanitar yardım edib

Livanın Rusiyadan 32 ton ərzaq və dərman alıb.

Bakıvaxtı.az Livanın Milli Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Livandakı səfirliyindən məlumat verib.

Bildirilib ki, Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov humanitar yardımın köçkünlər arasında paylanması üçün Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanında respublikanın ətraf mühit naziri Nasir Yassinə təhvil verib.

Qeyd edək ki, sentyabrın 23-dən etibarən İsrail ordusu Livanda Hizbullah qruplaşması ilə münaqişənin gərginləşməsi fonunda intensiv hava hücumları həyata keçirir. Livan hakimiyyətinin açıqladığı hesabata görə, İsrailin zərbələri nəticəsində Livanda didərgin düşənlərin ümumi sayı 1,2 milyona çatıb. Livan hökuməti köçkünlərin ehtiyaclarını ödəmək üçün ianə istəyib. 

Gülşən Şərif

Избранный
9
bakivaxti.az

1Источники