RU

Həyat yoldaşı Trampa qarşı: Nəyin davasını edirlər?

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın xatirə kitabı gələn həftə işıq üzü görəcək. Kitabın mətbuata sızan bir hissəsi səs-küy yaradıb. Məlum olub ki, Melaniya Tramp abort hüququ haqqında əri Donald Trampdan fərqli düşünür.

Publika.az xəbər verir ki, Melaniya hazırda ölkədə ən mübahisəli məsələlərindən biri olan abortla bağlı fikirlərini bölüşüb.

O deyib ki, qadınlar dövlətin müdaxiləsi və təzyiqi olmadan uşaq sahibi olub-olmamağa qərar verməlidirlər.

Amerikalı mühafizəkar seçicilərin əksəriyyəti aborta qadağa qoyulmasını istəyir. Respublikaçılar Partiyası bir tərəfdən abortla bağlı sevindirəcək mövqe tutmağa çalışır, digər tərəfdən isə abort tərəfdarlarının səslərini itirməmək üçün mövqe nümayiş etdirməyə can atır. Bu vəziyyət Donald Trampın ritorikasında da özünü göstərir.

Избранный
10
1
publika.az

3Источники