RU

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetindən nümayəndə heyəti BSU-nun qonağı olub

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) rəsmi səfərdə olublar. Nümayəndə heyətinə Klassik və yeni filologiya fakültəsinin Türkologiya və altayşünaslıq kafedrasının müdiri, professor İrina Sarıivanova, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska, eləcə də Japonşünaslıq kafedrasının müəllimi Lyudmila Kirilova daxil olub. Qonaqlar BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Nailə Xəndan və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Aytən Bayramova ilə görüşərək, universitetlərarası əməkdaşlıq perspektivləri və nəzərdə tutulan birgə layihələr barədə fikir mübadiləsi aparılıb. 

Səfərin əsas məqsədi BSU-da keçirilən “Bolqarıstan-Azərbaycan filoloji əməkdaşlığı: problemlər və perspektivlər” mövzusunda təşkil olunmuş birgə dəyirmi masada iştirak və filologiya sahəsində elmi əlaqələrin inkişafı barədə müzakirələr aparmaq idi. Dəyirmi masada BSU tərəfindən Slavyan xalqlarının ədəbiyyatı kafedrasının müdiri, professor Rafiq Novruzov, Azərbaycan dili kafedrasının müdiri, dosent Şəhla Əhmədova və kafedranın müəllim heyəti, Balkanşünaslıq kafedrasının müəllimi, dosent Biserka Veleva, eləcə də Türkologiya kafedrasının nümayəndələri iştirak edib.

Səfər çərçivəsində qonaqlar BSU-nun bolqarşünas tələbələri və universitetdə ixtisaslaşma kursu keçən bolqar tələbələri tərəfindən təşkil olunmuş mədəniyyət gecəsində iştirak ediblər. Tədbir zamanı Bolqarıstan Respublikasında keçirilən müxtəlif müsabiqələrin qalibi olan BSU tələbələrinə Sofiya Şıqayeva-Mitreska tərəfindən sertifikatlar təqdim olunub. Həmçinin, BSU-nun Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən Bolqar Tədris-Mədəniyyət Mərkəzinin qarşısında, Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə “Bahar paralelləri: Azərbaycan-Bolqarıstan” adlı layihənin tərkib hissəsi olan Xarıbülbül və Qızılgül mövzusuna həsr edilmiş uşaq rəsmlərinin sərgisi təşkil edilib.

Избранный
18
tehsil.biz

1Источники