RU

Kemi Sebadan Bakı konfransı ilə bağlı paylaşım (VIDEO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə“Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmişbeynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki,konfrans üçün Bakıya gələn Afrika xalqlarının hüquqları uğrundamübarizə aparan tanınmış aktivist Kemi Seba "Instagram"datəəssüratlarını bölüşüb.

K.Seba postunda qeyd edib ki, Bakı Təşəbbüs Qrupu fransızneokolonializminə müqavimət göstərən hərəkatları dəstəkləməyəçalışır.

Xatırladaq ki, ötən gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığıilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmişbeynəlxalq konfrans keçirilib.

Konfransda Afrikanın Seneqal, Burkina-Faso, Kamerun,Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve,Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasınınnümayəndələri iştirak edib.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi vəneo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolikliderlərindən biri kimi tanınır. O, eyni zamanda, Fransızneo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildəFransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrəncmüstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanınhələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanıaçıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsindəFransanın “qara siyahı”sına salınıb.

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakinistədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrumetmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhdedib. Lakin Fransa hətta buna da müvəffəq ola bilməyib. Belə ki,Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K.Sebayadiplomatik immunitet verib.

Избранный
10
5
az.trend.az

6Источники