RU

Bakı Dövlət Universitetində"İqlim dəyişmələri kontekstində Azərbaycanın florasının biocoğrafiyası və biomüxtəlifliyi” mövzusunda elmi seminar keçirilib -Foto



Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri Elman Yusifovun təqdimatında “İqlim dəyişmələri kontekstində Azərbaycanın florasının biocoğrafiyası və biomüxtəlifliyi” mövzusunda elmi seminar keçirilib.

aia.az xəbər verir ki, Elman Yusifov iqlim dəyişikliyinin tarixi-geoloji tendensiyası barədə məlumat verib, dünyada, o cümlədən Qafqaz geobotaniki hövzəsində flora müxtəlifliyinin inkişaf xüsusiyyətlərini izah edib. Relyef xüsusiyyətinə uyğun olaraq Azərbaycanın bitki örtüyünün xüsusilə şaqulu qanunauyğunluq üzrə yayılması, bu zaman yüksəkliklər üzrə landşaft müxtəlifliyinə əsasən bitki növlərinin endemikliyinin artması, ayrı-ayrı fiziki-coğrafi əyalətlərlə bağlı araşdırmalarını təqdim edib. Bildirib ki, respublikamızda yüksəkliyə qalxdıqca endemik bitkilərin növ müxtəlifliyi artır. Ölkə ərazisində olan ekosistemlər antropogen təsirə məruz qalır, nəticədə bir çox növlər təhlükə altına düşür.

Elman Yusifov hazırda ölkədə biomüxtəlifliyin qorunması, botanika sahəsində olan müasir yeniliklər, bitki örtüyünün iqlimin formalaşmasında rolu və qlobal iqlim dəyişikliyinin Azərbaycanın bitki örtüyünün zənginliyinə mənfi təsirləri barədə seminar iştirakçılarını məlumatlandırıb.

Seminarın sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.



Избранный
9
1
aia.az

2Источники