RU

Bu ölkə də Ukraynadan quş əti və yumurta idxalınıməhdudlaşdırmağa çağırdı

Rumıniyanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Florin Barbu, Ukrayna quş əti məhsullarının ölkəyə idxalının əhəmiyyətli dərəcədə artması səbəbindən Avropa Komissiyasını müdaxilə etməyə çağırıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, nazir bildirib ki, Buxarest Ukraynadan quş əti və yumurta idxalına lisenziya verməyə hazırdır.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, rumıniyalı fermerlərə quş yetişdirmək üçün qoyulan şərtlər “Avropa İttifaqından kənar ölkələrlə müqayisədə xeyli yüksək xərc tələb edir ”.

Yerli quşçuluq təsərrüfatlarının özləri Ukraynadan müvafiq məhsulların idxalına qadağa qoyulması tələbi ilə hakimiyyət orqanlarına müraciət edərək, məhdudiyyətsiz tədarükün onların rəqabət qabiliyyətini aşağı saldığını və quşçuluq təsərrüfatlarının mövcudluğuna təhlükə yaratdığını qeyd ediblər.

 

Избранный
8
medianews.az

1Источники