RU

Səfil həyatı yaşayan kişi tibb bacısını ZORLAYARAQ ÖLDÜRÜB

Londonun 37 yaşlı tibb işçisi Natali Şotterin cəsədi parkda tapılıb.

Medianews.az xəbər verir ki, 37 yaşlı qadını öldürdüyü iddia edilən Mohamed Iidow zorlama və qəsdən adam öldürmə ittihamları ilə saxlanılıb.

Saxlanılan şəxs ittihamları rədd edib.

Prokuror Şotterin narkotik istifadəsi, alkoqol asılılığı və psixi sağlamlıq problemlərinə görə həssas olduğunu və müttəhim tərəfindən küçədə istismar edildiyini bildirib.

Londonun Old Bailey Məhkəməsində baxılan məhkəmə işində üç uşaq anasının faciəvi sonu ilə bağlı yeni detallar üzə çıxıb. Qeyd edək ki, 37 yaşlı tibb işçisi Natali Şotterin cəsədi 17 iyul 2021-ci il səhər tezdən parkda tapılıb.

Prokuror Alison Morgan məhkəmədə bildirib ki, Şotterin cəsədi ölümündən bir saat sonra piyada tərəfindən tapılıb.

Hadisə ilə bağlı saxlanılan 35 yaşlı evsiz və səfil həyatı yaşayan Mohamed Iidow zorlama və qəsdən adam öldürmə ittihamlarını rədd edib.

Məhkəmədə Şotterin narkotik istifadəsi, alkoqol asılılığı və psixi sağlamlıq problemlərinə görə həssas olduğu bildirilib.

“Həmin gecə Natali əylənmək üçün küçəyə çıxıb və müttəhim tərəfindən zorakılığa məruz qalıb. O, müttəhimin təkrar zorlama hərəkətləri nəticəsində dünyasını dəyişib”, -deyə prokuror Morqan deyib.

Medianews.az

Londra'da

Londra'da

Избранный
25
medianews.az

1Источники