RU

Azərbaycan 3-cü "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) sənədinihazırlayır - Rəna Hümbətova

Bakı. Trend:

Azərbaycanın istixana qazı emissiyalarının azaldılması üzrə 3-cü"Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) sənədini COP29-danəvvəl təqdim ediləcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıltexnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakıda keçirilən“İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"çərçivəsində beynəlxalq konfransın son günündə "İstixana qazıemissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süniintellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilənpanel müzakirəsində bildirib.

Rəna Hümbətova bərpa olunan enerji mənbələrinin enerji sisteminətəsirini nəzərə alaraq, davamlı enerji modellərinin hazırlanması vətətbiqinin vacibliyini vurğulayıb.

"Biz bərpa olunan enerji barədə danışanda onun enerji sisteminətəsirini nəzərə almaq vacibdir. Müxtəlif dəyişən amilləri, məsələn,iqlim şəraiti, resursların mövcudluğu və onların ümumi enerjibalansına təsirini də kompleks şəkildə modelləşdirmək lazımdır.Bərpa olunan mənbələri ümumi sistemə düzgün inteqrasiya etmək üçünbütün bu parametrləri nəzərə almalıyıq", – R.Hümbətovabildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan 3-cü "Milli SəviyyədəMüəyyən Edilmiş Töhfələr" (NDC) sənədini hazırlayır.

"1-ci sənəd istixana qazı emissiyalarını 35 faiz, 2-ci sənəd isə40 faiz azaldılmasını nəzərdə tuturdu. İndi biz imkanlarımızıyenidən nəzərdən keçirdik və karbon neytrallığına (NetZero)yaxınlaşmağı hədəfləyirik. Bunun üçün digər ölkələrin təcrübəsiniöyrəndik, onların strategiyalarını qiymətləndirdik və belədəyişikliklərin uğurla həyata keçirilməsi üçün nə qədər sərmayəlazım olduğunu müəyyən etdik. Sənəd hər 5 ildən bir yenilənir. Bizyeni sənədi COP29 konfransından əvvəl təqdim etməyiplanlaşdırırıq", – o əlavə edib.

Избранный
8
1
az.trend.az

2Источники