RU

"Çelsi" PSJ-nin müdafiəçisi ilə güclənmək istəyir

Fransanın PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Tribal Football”a istinadən məlumatına görə, 20 yaşlı futbolçunun xidmətində “Çelsi” klubu maraqlıdır.

Transfermarkt-ın məlumatına görə, Beraldonun bazar dəyəri 30 milyon avrodur. Müdafiəçi ilə parislilər arasında mövcud əmək müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna kimi hesablanıb.

Fransa çempionatının bu mövsümündə braziliyalı 5 matçda heç bir nəticə göstərmədən iştirak edib. Müdafiəçinin iki sarı vərəqəsi var.

Избранный
12
90deqiqe.az

1Источники