RU

"Qəbələ" legioneri ilə vidalaşdı

I Liqa təmsilçisi “Qəbələ”də ayrılıq baş verib. 

Fanat.Az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Samuel Tetteh ilə yolları ayırıblar. 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2023-ci ilin sentyabrından "Qəbələ"də çıxış edən Samuel “qırmızı-qara” formada 25 matçda 3 qol vurub.

Избранный
1
fanat.az

1Источники