RU

“Ukraynadakı döyüşlər Belarus və Moldovaya da sıçraya bilər” - FTX rəhbəri

“Kiyevin cəbhə xəttindəki uğursuzluqları NATO-nu Ukraynaya təxribat və terror müharibəsini gücləndirməyə sövq edir”. 

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Astanada keçirilən MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı deyib.

 “ABŞ və Böyük Britaniyadan olan nəzarətçilər hələ də Ukraynanın şərtləri ilə 2022-ci ilin yazında razılaşdırılan sülhün bağlanmasına mane olur. Ukrayna Silahlı Qüvvələri xüsusi əməliyyatlar zonasında onlara tapşırılan problemləri həll etmək iqtidarında deyil, buna görə də NATO Kiyevi Rusiyanın sərhəd bölgəsində daha aktiv təxribat və terror əməliyyatları, mühüm nüvə obyektlərinə hücumlar həyata keçirməyə sövq edir”, - deyə siyasətçi vurğulayıb.

Bortnikov qeyd edib ki, Ukraynadakı döyüşlər Belarus və Moldovaya qədər uzana bilər.

 

 

Daşqın HəsənovMisisya.Az

Избранный
9
missiya.az

1Источники