RU

BCM Roma Statutu Ermənistan üzərinə müharibə cinayətləri törədənləri mühakimə etmək öhdəliyi qoyub - Hüquq müdafiəçisi

BCM Roma Statutu Ermənistan üzərinə müharibə cinayətləri törədənləri mühakimə etmək öhdəliyi qoyub

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb ki "Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır". Tamailə düzgün və hüquqi baxımdan dəqiq yanaşmadır.

Bu barədə QHT.az-a açıqlamasında Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib:
“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulduqdan sonra onun belə bir öhdəliyi yaranıb. Ermənistan azərbaycanlı hərbiçilərə və mülki əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə və hərbi cinayət törətmiş şəxsləri tapıb ya özü mühakimə etməlidir, ya da Roma Statutunun tələbinə uyğun olaraq Haqqaya göndərməlidir.
Qeyd edək ki, BCM-yə müharibə cinayətləri törədənlərin verilməsi ekstradisiya sayılmır. Yəni Ermənistan konsititusiyasında öz vətəndaşını mühakimə olunmaq üçün xarici ölkəyə verə bilməz müddəası bu halda işləmir. Çünki BCM lazım olsa gəlib mühakiməni Ermənistanda da edə bilər və ya mühakimə etdikdən sonra cəzanı çəkmək üçün öz ölkəsinə təhvil verə bilər. Daha bir izah. Əgər Ermənistan özü caniləri tapıb mühakimə edərsə və ədalətli mühakimə olarsa bu zaman onlar BCM-ə göndərilməyə bilər. Roma Statutunun məqsədləri üçün "Ne bis in idem" keçərlidir.” 

Hüquq müdafiəçisi bildib ki,"Ne bis in idem" o mənanı verir ki, şəxs törətdiyi əmələ görə bir dəfə cəzalandırla bilər. Roma Statutuna görə, Beynəlxalq Ciyanyət Məhkəməsi milli məhkəmələrin qərarlarını ləğv etmir. Yalnız o halda əmələ yenidən baxa bilər ki, milli məhkəmə açıq-aşkar ədalətsiz qərar qəbul etmiş olsun.
 

Избранный
21
qht.az

1Источники