RU

Fatimə Fətəliyeva: “Yaşıl innovasiya”lar və bərpa olunan enerji mənbələri iqlim problemlərinin açarıdır

Azərbaycan təbii sərvətlərlə zəngindir, lakin ölkə ciddi iqlim problemləri ilə üz-üzədir.

“İki sahil” xəbər verir ki, bunu COP29-un dayanıqlı inkişaf üzrə meneceri Fatimə Fətəliyeva COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə keçirdiyi “Davamlı gələcək: gənclərin rəhbərlik etdiyi yaşıl innovasiyalar” adlı sessiyada deyib.

Onun sözlərinə görə, dayanıqlı inkişaf texnologiyalarına əsaslanan startaplar ölkəyə iqlim problemlərinin öhdəsindən gəlməyə kömək edə bilər.

“Startaplar iqlim problemlərini həll etməklə yanaşı, yeni bazarları və imkanları kəşf etməyə kömək edə bilər. Məsələn, hökumət davamlılığı prioritet hesab edən bizneslərə müxtəlif stimullar təklif edərək “yaşıl təşəbbüs”ü dəstəkləyir. Bu, innovasiyalar və startapların inkişafı üçün əlverişli şərait yaradır”, - F.Fətəliyeva bildirib.

O vurğulayıb ki, Azərbaycandan olan sahibkarlar öz ideyalarını bərpa olunan enerji mənbələrinə yönəldə bilsələr, bazarda rəqabət üstünlüyü əldə edə bilərlər: “Bərpa olunan enerji, davamlı kənd təsərrüfatı, “yaşıl istehsal” kimi sahələrə diqqət yetirməklə startaplar təkcə ekoloji davamlılığa töhfə verməklə qalmaz, həm də rəqabət üstünlüyü əldə edə biləcəklər”.

Избранный
8
ikisahil.az

1Источники