RU

“Mançester Yunayted” Portuqaliyada xal itirdi

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində Portuqaliyanın “Porto” klubunun qonağı olan “Mançester Yunayted” 2-0 öndə olduğu matçda qələbə qazana bilməyib.

Yenisabah.az xəbər verir ki, “qırmızı şeytanlar” səfərdə rəqibi ilə heç-heçəyə (3-3) razı olub.

Oyuna yaxşı başlayan ingilislər Reşford və Resmusun qolları ilə önə keçsə də, daha sonra qapısında ardıcıl 3 qol görərək, geridə qalıb. Komandanı kapitanı Bruno Fernandesin qırmızı kart aldığı oyunun son dəqiqələrində Harri Maquayr komandasını məğlubiyyətdən xilas edə bilib. vakansiya

Matçdan sonra “Mançester Yunayted”in qapıçısı Andre Onana etdiyi səhvlərə görə sərt tənqid olunub. Baş məşqçi Ten Haaqın klubdakı gələcəyi isə təhlükə altındadır.


Telegram kanalımız
Избранный
11
yenisabah.az

1Источники