RU

UEFA Avropa Liqası: İkinci turdan sonra turnir cədvəlində vəziyyət

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, iki turdan sonra aktivində hərəyə altı xal olan "Latsio", "Lion", "Tottenhem", FCSB, "Anderlext" və "Ayaks" 1-6-cı yerləri bölüşürlər. "Frankfurt", "Qalatasaray", "Midtyulland", "Slavia Praqa", "Atletik Bilbao", "Hoffenhaym", "Fənərbağça" və "Bodo Qlimt" hərəyə dörd xalla 7-14-cü pillələrdə qərarlaşıblar.
Üç xala malik "Olimpiakos", "Elfsborq", "Reyncers", "AZ Alkmar", "Malmö" və "Braqa" isə 15-20-ci sıradadırlar. Aktivində iki xalı olan "Mançester Yunayted", "Viktoria Plzen" və "Tvente" isə 21-23-cü yerləri bölüşürlər.
"Porto", "Real Soseydad", "Yuinon", "Roma", "Ludoqorets", RDŞ, "Nitsa" 24-30-cu yerlərdə bir xalla qərlaşıblar. 31-36-cı yerləri bölüşən "Ferentsvaroş", "Makkabi Təl Əviv", PAOK, "Qarabağ", "Dinamo Kiyev" və "Beşiktaş" isə hələ xal hesablarını aça bilməyiblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının III turuna oktyabrın 23-də start veriləcək. Tura oktyabrın 24-də yekun vurulacaq.
Избранный
3
1
oxu.az

10Источники