RU

Paşinyanın iflas olan siyasi “bazarlığı”

“Paşinyan hər dəfə çətinliyə düşəndə Fransanın Prezidenti Emmanuel Makrondan məsləhət alır”. 

Bunu politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfərini şərh edərkən deyib.

O bildirib ki, Fransa Paşinyanın ən çox səfər etdiyi ölkədir:

“Nikol Paşinyan hər dəfə çətinliyə düşəndə Parisə qaçır, Fransa Prezidenti Emmanuel Makrondan məsləhət və təlimat alır. Hazırda Paşinyan hakimiyyəti ən çətin dövrünü yaşayır. Çünki Paşinyan ABŞ və Qərbə verdiyi vədləri yerinə yetirə bilməyib.

Paşinyana təlimat verilmişdi ki, sentyabr ayında Ermənistan Rusiyanın himayədarlıq etdiyi təşkilatları – Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyini tərk etmək barədə qərar verməlidir. Amma sentyabr ayı bitib və Paşinyan hakimiyyəti bu istiqamətdə heç bir addım atmayıb.

Paşinyan öz ətrafına ehyam vurmasına baxmayaraq, Ermənistanı KTMT və Avrasiya İqtisadi Birliyindən çıxartmaqla bağlı heç bir niyyət büruzə verməyib. Əksinə Paşinyanın səhnə arxasında Rusiya ilə iqtisadi münasibətləri daha da inkişaf etdirməsi hiss olunur”.

Politoloq qeyd edib ki, buna görə də Paşinyan hakimiyyəti Qərbin ciddi təzyiqləriylə üzləşib:

“Həmçinin Kreml də Ermənistana təzyiqlər edir. Belə bir vəziyyətdə məhz İrəvan “bacısı” Fransaya üz tutacaq. Bildirim ki, Ermənistan artıq Fransanın müstəmləkəsi kimi çıxış edir. İrəvan Parisin bütün təlimatlarını icra edir.

Ola bilsin ki, Paşinyan Makron ilə görüşdə Parisdən Ermənistanın beynəlxalq məkanda dəstəklənməsi ilə bağlı ciddi addımların atılmasını, eləcə də Qərbdən gələcək təzyiqlərin aradan qaldırılmasında dəstək istəyə bilər. 

Fransaya gəlincə, rəsmi Parisin Cənubi Qafqazda geosiyasi maraqları var. Makron administrasiyası Fransanın regiondakı maraqlarını Ermənistan üzərindən  təmin etmək niyyətindədir.

Yəqin ki, bu görüşdə hər iki tərəf bir-birinin maraqlarını dəstəkləmək üçün siyasi “bazarlığa” getməyə çalışacaqlar”.

Избранный
7
cebheinfo.az

1Источники