Zənglərin cavablandırılmasında orta müddət günün birinci yarısında 10 saniyə, günün ikinci yarısında 8 saniyə olub. Azərbaycan Respublikasının Baş Prokurorluğunun stasionar əlaqə vasitəsinə edilən zənglərin 18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 23 saniyə, günün ikinci yarısında 18 saniyə qeydə alınıb. Qaynar xətt üzrə zənglərin 31.8%-nə cavab verilib, 68.2%-nə cavab verilməyib. Zənglərin cavablandırılması üzrə orta müddət günün birinci yarısında 6 dəqiqə 2 saniyə, günün ikinci yarısında 4 dəqiqə 14 saniyə olub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin stasionar əlaqə vasitəsinə günün birinci və ikinci yarısında edilən zənglərin mütləq əksəriyyətinə, yəni 86.4%-nə cavab verilib, 13.6%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 7 saniyə, günün ikinci yarısında 8 saniyə olub. Qaynar xəttə edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 26 saniyə, günün ikinci yarısında 10 saniyə olub. Qeyd edək ki, dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib. Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb. Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb. Nəzərə çatdıraq ki, dövlət qurumları (orqanları) və yerli icra hakimiyyəti orqanları üzrə monitorinqin nəticələri ayrı-ayrılıqda qarşıdakı dövrdə geniş ictimaiyyətə təqdim ediləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта