RU

Türkiyə ordusu Suriyanın şimalında 4 terrorçunu zərərsizləşdirilib

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda aramsız olaraq davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarlanan 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin sosial media hesabında edilən paylaşımda aşağıdakı ifadələrdən istifadə olunub.

"Cənubumuzda terror dəhlizinin yaradılmasına imkan vermədik və verməyəcəyik! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarladıqları 4 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər mübarizəyə əzm və qətiyyətlə davam edəcəyik".

Избранный
23
3
aznews.az

10Источники