RU

Müxtəlif ölkələri “yaşıl enerji” ilə təchiz edəcək layihələrin təşəbbüskarı məhz Azərbaycandır - Energetika naziri

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Foz do İquaçu şəhərindəBraziliyanın mədən və energetika naziri Aleksandr Silveira,Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləzizbin Salman Əl Səud və Qlobal Bərpa Olunan Enerji Alyansının başicraçı direktoru Bruce Douglas ilə görüşüb.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, Braziliyanınmədən və energetika naziri Aleksandr Silveira ilə görüşdəölkələrarası münasibətlərin COP və G20 platformaları vasitəsiləfəal tərəfdaşlıq mərhələsinə daxil olduğu, neft-qaz ölkələri olanAzərbaycan və Braziliyanın enerji keçidində mühüm rol oynadığı qeydedilib.

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyadan ibarətCOP üçlüyünün yeni öhdəliklər və təşəbbüslərin elan edilməsi vəhəyata keçirilməsində birgə əməkdaşlığı təmin etdiyi bildirilib.Enerji keçidinə rəvan şəkildə nail olmağın vacibliyi vurğulanıb.Azərbaycanda dövlət başçısının “yaşıl enerji”nin inkişafına və“yaşıl enerji keçidi”nə investisiyaya yol açan siyasəti, aparılanislahatlar, həyata keçirilən layihələrdən bəhs edilib.

Bildirilib ki, “yaşıl enerji” ilə tərəfdaşlarımızın enerjitəchizatı və təhlükəsizliyini təmin etmək istiqamətindəfəaliyyətimizi davam etdiririk. Avropa və Asiyanı birləşdirən,müxtəlif ölkələri “yaşıl enerji” ilə təchiz edəcək layihələrintəşəbbüskarı məhz Azərbaycandır. Söhbət zamanı COP29 Sədrliyinintəşəbbüsləri, o cümlədən, iqlimin maliyyələşdirilməsi istiqamətindəatılan addımlar müzakirə olunub. Azərbaycanla Brazilyanınəməkdaşlığının COP məqsədlərinin reallaşdırılmasına töhfə verəcəyiqeyd olunub.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ŞahzadəƏbdüləziz bin Salman Əl Səudla görüşdə isə qlobal neft bazarındavəziyyət, “OPEC plus” formatında əldə olunmuş razılaşmaların,öhdəliklərin yerinə yetirilməsi və iki ölkə arasında enerjitərəfdaşlığının gündəliyindəki layihələrin icrası müzakirəedilib.

“ACWA Power” şirkəti ilə dənizdə 1,5 QVt külək enerjisi və 200MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihələrinininkişafına, həmçinin “yaşıl enerji dəhliz”ləri çərçivəsindəəməkdaşlığa dair fikir mübadiləsi aparılıb. COP29 tədbirlərindəiştirak, eləcə də hər iki ölkənin Energetika nazirlikləri arasındaBirgə Texniki Komitənin fəaliyyət istiqamətləri üzrə atılanaddımlar nəzərdən keçirilib.

Azərbaycanın “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”təşəbbüsü, dənizdə külək enerjisinin inkişafı və “yaşıl enerjininnəqli” layihələri, COP29 çərçivəsində əməkdaşlıq Qlobal BərpaOlunan Enerji Alyansının baş icraçı direktoru Bruce Douglas iləgörüşdə müzakirə mövzuları olub.

Bərpa olunan enerji texnologiyaları sahəsində ixtisaslaşmış vəbu sahədə özəl sektoru təmsil edən Qlobal Bərpa Olunan EnerjiAlyansının Azərbaycanla əməkdaşlığa marağı ifadə edilib vəşəbəkələrlə bağlı Vədin yerinə yetirilməsinə özəl sektorun mümkündəstəyi barədə danışılıb. COP29 çərçivəsində Alyansın BeynəlxalqBərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə tədbirlərdəiştirakı, həmçinin COP təşəbbüsləri nəzərdən keçirilib.

Müxtəlif
Müxtəlif
Müxtəlif
Müxtəlif
Müxtəlif
Müxtəlif
Müxtəlif
Избранный
2
5
az.trend.az

6Источники