RU

AMEA prezidenti: Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb

Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada iqlim dəyişikliklərinin və ekoloji tarazlığın pozulmasının fəsadları ilə ən çox mübarizə aparan fəal ölkələrdən biridir: "Bu fəaliyyətdə elmin rolu da kifayət qədərdir. Azərbaycanda "Qırmızı kitab"ın nəşri, onların davamlı yenilənməsi dövlət müəssisələri ilə elmi qurumların ekosistemlərin müdafiəsi istiqamətində birgə fəaliyyətinin nəticəsidir".

Избранный
13
1
aznews.az

2Источники