RU

Bakıda tarixi İpək Yoluna həsr olunmuş konfrans keçirilir

Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı, UNESCO-Yaponiya Etimad Fondunun və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun dəstəyi ilə “İpək Yolu Volqa-Xəzər Dəhlizi: İkinci İllik Subregional” konfrans öz işinə başlayıb.

Hibrid formatda keçirilən tədbirdə Xəzər regionu ölkələrindən - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan nümayəndələr, eləcə də UNESCO, Böyük Britaniya və Yaponiyadan olan ekspertlər qatılıb.

Konfrans “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”na təqdim ediləcək

mədəni irs obyektlərinin müəyyənləşdirilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5

ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə

müzakirə olunması məqsədilə təşkil olunub.

Konfransda layihəyə daxil olan ölkələrin rəsmiləri, Ümumdünya İrs Mərkəzi, Yaponiyanın

Teikyo Universiteti, Böyük Britaniyanın London Universitet Kolleci və Beynəlxalq Mərkəzi

Asiya Araşdırmaları İnstitutunun (BMAAİ) ekspertləri nominasiyanın sənədləşməsi

istiqamətində vacib addımları qeyd ediblər.

Natiqlər UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə yaranan irihəcmli

“Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramının

əhəmiyyətini yüksək qiymətləndiriblər.

Eyni zamanda tarixi İpək Yolunun keçdiyi ərazilər, ölkələr və xalqlar arasında ticarət,

Избранный
1
8
publika.az

9Источники