RU

Fransa qanunsuz miqrantları bu ölkəyə göndərəcək

Fransa öz xaricdəki ərazisi, Hind okeanındakı Mayotta adasından təyyarələrlə Konqo Demokratik Respublikasına qeyri-qanuni mühacir göndərməyə hazırlaşır. 

"Cebheinfo.az" xəbər verir ki, Fransa Parlamentinin Baş Assambleyasında hökumətə ünvanlanan suallarda Mayotta adasındakı qeyri-qanuni mühacir məsələsi də gündəmə gəlib. 

Fransanın daxili işlər naziri Bruno Retaillo burada etdiyi çıxışda Mayotta adasında fövqəladə vəziyyət olduğuna diqqət çəkib. Vəziyyəti yerində müşahidə etmək üçün may ayında adaya səfər etdiyi barədə məlumatı paylaşan Retaillo Mayotte adasındakı əhalinin yarısının əcnəbilərdən ibarət olduğunu və bu əcnəbilərin yarısının qanuni olaraq adada olmadığını bildirib. 

Retaillo adada təhlükəsizlik böhranının da yaşandığını və işsizlik nisbətinin yüzdə 40-a çatdığını qeyd edib. Bu vəziyyət qarşısında əlləri bağlı dayanmayacaqlarını ifadə edən Retaillo ada üçün qısa və uzunmüddətli həllər hazırladıqlarını açıqlayıb. 

Retaillo adaya qısa müddətdə 1150 polis məmuru və jandarm göndərəcəklərini təsdiqləyərək, adaya ictimai asayişin qorunmasında ixtisaslaşmış əlavə jandarmların göndəriləcəyini açıqladı. Bəzi qonşu Afrika ölkələri ilə ikitərəfli təhlükəsizlik razılaşmaları edəcəklərini ifadə edən Retaillo, bu aydan etibarən Mayotte Qubernatoru Fransua-Xavier Bieuville-in Konqo Demokratik Respublikasına qeyri-qanuni mühacirləri göndərmək üçün kütləvi uçuşlar təşkil edəcəyini açıqladı. 

Fransada keçirilən növbədənkənar seçkilərdən sonra qurulan yeni hökumət immiqrasiya siyasətlərində sərt tədbirlər görəcəyinə işarə edərək, ölkəyə qeyri-qanuni yollarla gələn immiqrantların deportasiyasını asanlaşdırmaq üçün addımlar atacağını bəyan edib. 

Избранный
21
cebheinfo.az

1Источники