RU

Boris Consondan Netanyahu haqqında şok iddia

İsrailin Baş naziri Benyamin Netanyahu 2017-ci ildə Britaniya xarici işlər nazir Boris Consonla görüşü zamanı nazirin şəxsi vanna otağından istifadə etmək istəyib və Netanyahudan sonra tualetdən casus dinləyən cihaz tapılıb.

Ölkə.Az xəbər verir ki, belə bir iddia ilə Britaniyanın sabiq Baş naziri Boris Conson çıxış edib.

“The Telegraph”ın yazdığına görə, hadisə Consonun 2017-ci ildə xarici işlər naziri vəzifəsini icra edən zaman baş verib.

Conson bu barədə "Unleashed" kitabında yazıb. O qeyd edib ki, 2017-ci ildə xarici işlər naziri olarkən İsrail Baş naziri ilə nazirlikdəki ofisində görüşərkən Netanyahunun tualetdən istifadə etməsini istədiyini bildirib.

Conson bildirib ki, Netanyahu tualetdən istifadə etdikdən sonra təhlükəsizlik qrupu axtarış aparıb və oradan dinləmə cihazı tapıb.

"Bibi (Netanyahu) bir müddətliyə oraya getdi. Bu təsadüf ola bilər, olmaya da bilər. Amma sonra mənə dedilər ki, onlar gizli dinləmə qurğusunu axtarma işləri həyata keçirdi və tualetdə bir dinləmə cihazı tapdılar",- Conson  kitabında yazıb.

Consun bu iddia ilə bağlı nəşrə daha ətraflı məlumat verməkdən çəkinərək deyib ki, bu hadisə haqqında bilməli olduğunuz hər şey kitabdadır. 

Nəşrin yazdığına görə, Consonun məlum "Unleashed" kitabı isə oktyabrın 10-da nəşr olunacaq 

Mürtəza
Ölkə.Az

Избранный
7
olke.az

1Источники