RU

Qadın evdən icazəsiz çıxıb getdi, əri döydü - MƏHKƏMƏ

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İntiqam Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.



İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.



Belə ki, İntiqam Səmədov həyat yoldaşı, zərərçəkmiş Lalə Səmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ondan icazə almadan evdən çıxıb ərinin bilmədiyi yerlərə getməsi olub. Bu zaman o, arvadının boynuna, qoluna və bədəninə 2-3 dəfə şillə, yumruq vuraraq xəsarəti yetirib.


Hadisədən sonra İntiqam Səmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 


Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 10:43   
Избранный
4
1
pravda.az

2Источники