RU

Mourinyo: “Bilmirəm nə qədər xal toplamalıyıq, ancaq..."

UEFA Avropa Liqasının ikinci həftəsində Hollandiyanın "Tvente" komandası ilə səfərdə 1-1 bərabərə qalan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo oyundan sonra maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu yarışda birbaşa növbəti mərhələyə keçməyi hədəflədiklərini gizlətməyib.

Birbaşa növbəti mərhələyə keçmək üçün 11 xaldan çox xala ehtiyacları olduğunu deyən Mourinyonun sözlərinə görə, addım-addım irəliləməyi planlayıb: "Burada birbaşa növbəti mərhələyə keçməyi hədəfləyirik. 8 oyunluq çətin qarşılaşmalar var, o səbəbdən səfərdə heç-heçə bizim üçün yaxşı nəticədir. Əlbəttə, çox adam evdə daha çox qələbə gözləyir. Ancaq biz evdə daha çətin rəqiblərlə - "Mançester Yunayted", "Atletik Bilbao" və "Lion"la oynayacağıq. Ona görə səfrdə daha çox xal qazanmalıyıq. "Tvente"dən aldığımız bir xala görə sevincliyəm".

Fərdi Aslan

MİA.AZ

Избранный
9
mia.az

1Источники