RU

“Koçaryan və Serj Sarksiyan siyasətdən getməlidir” –Erməni Kilsəsinin arxiyepiskopu

“Arxiyepiskop Baqratın siyasi uğursuzluğunun səbəbini indi açıq deyə bilərəm. Əsas səbəb Ermənistanın keçmiş prezidentlərinin onun üzərindəki kölgəsidir”.

Azpost.info bildirir ki, bu sözləri Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının Primatı, arxiyepiskop Mikayel Acapaxyan arxiyepiskop Baqrat Qalstanyanın etiraz akisiyanı NEWS.am-ə müsahibəsində şərh edərkən bildirib.

” Mən bütün bu aylar ərzində onun uğursuzluğunun səbəbinə eyham vurdum. İndi daha açıq deyə bilərəm. Əsas səbəb keçmiş prezidentlərin kölgəsi və ruhudur. Arxiyepiskop Baqrat özünü bu ruhlardan azad edə bilmir. Bu sabiqlər özləri getdiklərini elan etməli və əslində getməlidirlər. Bunu etmirlərsə, deməli, onlar vətənlərini xilas etməyi deyil, hakimiyyətə qayıtmağı düşünürlər”.

Keşiş deyib ki, sabiq prezidentlər siyasi səhnəni tərk etməlidirlər: “İkinci prezident də (Koçaryan-red), oğlu da faktiki olaraq siyasətdən getməlidir. Eyni şey üçüncü prezidentə də aiddir. O, bu RPA-nı buraxmalıdır. Təsadüfən gəldiyiniz kimi, elə də getməlisiniz”. 

M.Acapaxyan bildirib ki, sabiq prezidentlərin buraxdıqları səhvlərə görə xalqın böyük əksəriyyəti onların adını eşitmək istəmir: “Bunu başa düşməlidirlər. Amma onlar bunun əksini edir, arxiyepiskop Baqratda elə təəssürat yaratmağa çalışırlar ki, onlarsız heç nə edə bilməz və onlar resurslara sahibdirlər”.

O, əmin olduğunu bildirib ki, keçmiş prezidentlər siyasi arenadan getsələr, mübarizə mütləq davam edəcək:”Arxiyepiskop Baqratın bunu dərk etməməsi təəccüblüdür”.

Azpost.info

Избранный
8
azpost.info

1Источники