RU

Arne Slot iki cəbhədə mübarizəyə dair sualı cavabladı

“Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot “qırmızılar”ın iki əsas cəbhədə mübarizəsinə dair sualı cavablayıb.

Arena.az niderlandlı mütəxəssisin “Liverpul”un həm İngiltərə Premyer Liqasında və həm də Çempionlar Liqasında eynilə yüksək səviyyədə mübarizə apara bilib-bilməyəcəyinə dair cavabını təqdim edir:

“Bizim, rəqabət edə bilməyimizin səbəblərindən biri, yüksək səviyyəli bacarıqlara malik olmağımız və mütəşəkkil komandamızın varlığıdır. Mən görürəm ki, biz qol vuranda hətta meydana çıxmayanlarımız da sevinirlər.

Bununla belə, düşünürəm ki, qarşıdakı oyunların siyahısını nəzərə alsaq, eyni səviyyədə qalmaq istəyiriksə, mütləq inkişaf etdirməli olduğumuz hansısa xüsuslar var. Premyer Liqada hər oyun həqiqətən çətin başa gəlir. Üstəlik, yarış cədvəlinin yuxarı pilləsində qərarlaşmış komandalarla hələ qarşılaşmamışıq”, deyə Arne Slot əsas məqamlardan birini qabardıb.

Xatırladaq ki, Premyer Liqanın 6 turundan 15 xal toplamış “Liverpul” yarış cədvəlinə başçılıq edir. Çempionlar Liqasında keçirdikləri ilk iki oyunda da “qırmızılar” iki qələbə qazanıblar. Həmçinin İngiltərə Liqa Kubokunda Slotun “Liverpul”u bir oyun keçirib və meydanı qələbə ilə tərk edib.

Избранный
15
arena.az

1Источники