RU

Rus ordusu irəliləyir: Ukrayna daha üç yaşayış məntəqəsini itirmək üzrədir - Fotolar

Rus

Rusiya ordusu Ukraynanın Uqledar şəhərini ələ keçirdikdən sonra şərq istiqamətində irəliləyir. Artıq ruslar Toretskdə və digər üç yaşayış məntəqəsi yaxınlığında uğur qazanırlar.

Reyting.az
xəbər verir ki, bunu “DeepState” layihəsinin analitikləri bildiriblər.

Məlumata görə, ruslar Toretsk ilə yanaşı Tsukurino, Katerinivka və Kolesnikovka istiqamətində də irəliləyir.

Baş Qərargahın məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri rusların hücumunu dayandırmaqda davam edir. Pokrovski və Kuraxovski istiqamətində isə vəziyyət gərgindir. Bundan başqa, Liman istiqamətində də rusların hücumları intensivləşib.



Ruslar Toretsk istiqamətində Toretsk, Daçnoye və Nelipovkaya 9 dəfə hücum edib. Pokrovski istiqamətində isə Suxaya Balka, Qornyak, Luç, Novotoretski və Krutoy Yar ərazilərində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 28 dəfə hücum olub.

Xatırladaq ki, oktyabrın 2-də şəxsi heyəti və hərbi texnikanı qorumaq məqsədilə Ukrayna qoşunları Uqledardan çıxarılıb. Ekspertlərin fikrincə, rus ordusu Donetsk vilayətini iki yerə - şərti şimal və şərti cənuba parçalamaq istəyir.

Eyni zamanda, ISW analitikləri Rusiyanın şərqdəki aktiv əks-hücumunun yaxın həftələrdə bitəcəyini proqnozlaşdırırlar. Bununla belə, ruslar daimi təzyiqin Ukrayna qüvvələrinin təşəbbüsü ələ keçirmək üçün lazım olan canlı qüvvə və resursları toplamağına mane olacağına ümid edərək, bütün Ukrayna ərazisində daha yavaş irəliləməyə davam edə bilər.



E. KAMAL
Избранный
13
reyting.az

1Источники