RU

İsrail Beyrutu yenidən vurub

İsrail

İsrailin hava hücumlarının davam etdiyi Livanın paytaxtı Beyrutun cənubunda ardıcıl şiddətli partlayışlar baş verir.

Reyting.az
-ın məlumatına görə, bu barədə ABŞ-nın “Axios” xəbər saytı üç İsrail rəsmisinə əsaslanaraq yazıb. Bildirilir ki, hücumun əsas hədəfi öldürülən “Hizbullah” lideri Həsən Nəsrullahın mümkün varisi, “Hizbullah” Hərəkatı İcraiyyə Şurasının sədri Haşim Səfiyuddindir.

Məlumata görə, hücumun nəticələri hələ məlum deyil. Livan mediası isə yazır ki, İsrailin bu hücumu Həsən Nəsrullahın öldüyü hücumdan daha böyükdür.

Məsələ ilə bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.

ELÇİN
Избранный
9
reyting.az

1Источники