RU

"YouTube"da çoxdan gözlənilən YENİLİK

"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıracaq.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

"Oktyabrın 15-dən etibarən siz üç dəqiqəyə qədər "Shorts" yükləyə biləcəksiniz", - məlumatda bildirilir.

 

"YouTube"un məlumatına görə, şirkət qısa videoçarxların uzunluğunu artırmaq qərarına gəlib, çünki bu, məzmun yaradıcılarına edilən ən çox müraciət olub. Bununla belə, dəyişikliklər oktyabrın 15-dən əvvəl platformaya yüklənmiş videolara aid edilmir.

 

Digər bir yenilik portalın əsas lentində "Shorts"ların sayını azaltmaq imkanı olacaq.

Избранный
14
4
sfera.az

5Источники