RU

Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il щktyabrın 4-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev xalqa müraciət edib.

Trenddövlətimizin başçısının müraciətini təqdim edir.

Prezident İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər.

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndiişğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütünAzərbaycan xalqını ürəkdən təbrik edirəm.

Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azadedilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdəntəbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu günbizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlakolmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralıhərbçilərimizə Allahdan şəfa diləyirəm.

Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayılbizimdir!

Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndiyenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azadedilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun CocuqMərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq.Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməziradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxtAzərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digərtorpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesabedirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayılşəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyününbərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər vəzabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələrendirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur,canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerinitapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq,şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik.Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycanxalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladlarıtorpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəniabidələrimizi darmadağın edib dağıdıblar.

Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindəndağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyatqayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızıdəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqınıntarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayışməntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazibütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Biziməsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağınıişğalçılardan azad edir.

Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki,bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz –Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı butarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, gözyaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cıillərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o,məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara vəbütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrininadlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusuaşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulukəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi,Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi,Cəfərabad kəndi.

Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizəson qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımızbilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarınaqaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlaryolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişəədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasınıntorpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir,xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yoluilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənindondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuzil ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycanxalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində bizümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Buməsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar özsözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMTTəhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səygöstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddiil ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərindəkonstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaqbunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb.Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımızagöz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “DağlıqQarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və buxəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdimedilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, birqarış torpağı Azərbaycana qaytarmayacağıq.

Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olanməsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idivə orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələliyollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdikki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Birmərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayonqaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar,Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqlarıbirlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətlimövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan birmövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımızçatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqınıniradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibəaçılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayındaheç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayışməntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülkivətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupugöndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi,saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terroraktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonraisə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixisaxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağaçalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə”deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi.Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaqxunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləridanışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? MənMinsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digərbeynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinədəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiqedin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistandaha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortayaatacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu iləhəll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı vəmən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesabedirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağındaqalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinəzərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq?Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısıözünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçməmərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıbsiçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedibŞuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununlabarışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq.Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşayaköçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etməkcəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nədeməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq.Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlərbizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyadagöstərirlər, beynəlxalq konvensiyaları pozurlar, CenevrəKonvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıqvermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın,BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki,bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiyaoldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqıverdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır.Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağadüşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşıiftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittihamedirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsasıyoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəthetsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz orayaqayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistanrəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daimErmənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyənbəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edirvə mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl,təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər günbir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm,heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər.Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissargöndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bununsonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəsşəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıbçalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma həraddım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununlabarışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruqonları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğaledilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onlarınsəngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları biziməlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlıtexnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Bizxilaskar missiyamızı icra edirik və edəcəyik!

Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizəyeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndibaxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsanki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirininxahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki,daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxtverin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm.Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin,vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyirki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”.İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttəki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlarbəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizimtorpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox,əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram,necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğaledilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, bazaprinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycanxalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil.Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardanerməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Ondabiz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indişiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki bizdayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərindəişləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxtverək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adamtoplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlarbunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nəlazımdır dedim, vəssalam.

Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onunhavadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim.Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribattörətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribattörətdi, dərs verdik, indi dərs oldu.

Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarınıyaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə birçox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onlarınsırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpaedirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqınınümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Bizhaqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, QarabağAzərbaycandır!

Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Избранный
36
2
az.trend.az

3Источники