RU

Cüdoçularımız mübarizəni dayandırdı - DÇ

Düşənbədə (Tacikistan) gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, ikinci yarış günündə iki millimizin 2 idmançısı mübarizəyə qoşulub. Onların hər ikisi mundialla erkən vidalaşıblar.

Dünya çempionatı
Oğlanlar
73 kq


Dünya çempionu Vüsal Qələndərzadə yarışa ikinci mərhələdən başlayıb. O, 1/16 finalda Anton Duboviki (IJF) məğlub etsə də, ardınca Yusuke Takeiçiyə (Yaponiya) uduzub.

Qızlar
57 kq

Mübarizəyə ikinci mərhələdən qoşulan Fidan Əlizadə Nino Tsiklauri (Gürcüstan) və Aleksandra Kana (Tacikistan) qalib gəlib. O, 1/4 finalda Karolina Senniçkaya (Polşa) məğlub olduğundan təsəlliverici görüşə qatılıb. Lakin Əlizadə braziliyalı Bianka Reislə də bacarmadığından dünya çempionatına mükafatsız vida edib.

Qeyd edək ki, yığmamız ilk günü də medalsız başa vurub. Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc uğrunda görüşlərdə məğlub olublar.

Избранный
69
football-plus.az

1Источники