RU

ABŞ-də “Helen” qasırğasının qurbanlarının sayı 200 nəfəri ötüb

ABŞ-də baş vermiş “Helen” qasırğasının fəsadları səbəbindən ölənlərin sayı 202 nəfərə çatıb.

“Far.Az” xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat verib.

Onun məlumatına əsasən, qurbanların təxminən yarısı Şimali Karolina ştatında qeydə alınıb.

ABŞ-nin Fövqəladə Halların İdarə Edilməsi üzrə Federal Agentliyi CNN telekanalına bildirib ki, itkin düşənlərin və ölənlərin son sayı hələ müəyyən edilməlidir.

Избранный
67
far.az

1Источники