RU

İsrail Nəsrullahın varisinin olduğu ehtimal edilən binanı VURDU - Öldüyü bildirilir

İsrail “Hizbullah”ın yeni lideri Seyid Haşim Səfiuddinə qarşı sui-qəsd cəhdi edib.

Musavat.com bu barədə İsrail mənbələrinə istinadən xəbər verir. 

Bildirilir ki, İsrail ordusu Beyrutun müxtəlif yerlərinə 15 raket hücumu edib. Onlardan biri də Hizbullah İcraiyyə Şurasının rəhbəri, hazırda Livan Hizbullahına liderlik edən Seyid Haşim Səfiuddinin olduğu ehtimal edilən bina olub.

Hücumun nəticələri barədə hələlik açıqlama verilməyib.

Lakin, onun öldürüldüyü ilə bağlı bir çox qaynaqlar məlumat yayıblar.

Qeyd edilən bombardmanın görüntülərini təqdim edirik.

Musavat.com

 

Избранный
4
1
musavat.com

2Источники