RU

AL: “Fənərbağça"dan heç-heçə, “Beşiktaş” uduzdu

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyə klublarından “Fənərbağça” Niderlandda “Tvente” ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Beşiktaş” isə doğma meydanda Almaniyanın “Ayntraxt” kollektivini sınağa çəkib. İstanbul klubu bu görüşdə 1:3 hesabı ilə məğlub olub.

UEFA Avropa Liqası

Əsas mərhələ, II tur

3 oktyabr

 "Tvente" (Niderland) – “Fənərbağça" (Türkiyə) - 1:1

"Beşiktaş" (Türkiyə) – “Ayntraxt" (Almaniya) - 1:3

Qeyd edək ki, Liqa mərhələsinin III turunun görüşləri oktyabrın 23-24-də oynanılacaq.

Избранный
26
90deqiqe.az

1Источники