RU

Emin Mahmudovu yığmaya çağırmağa dəyərmi?

“Neftçi” aparıcı oyunçularından biri, yığmanın kapitanı Emin Mahmudovun durumu hər kəsə bəllidi.

Xatırladaq ki, Emin Slovakiya ilə səfər oyunundan sonra yalnız bir dəfə - “Zirə” ilə görüşdə meydana çıxıb və 76 dəqiqə mübarizə aparıb. “Qarabağ”la səfər oyununda ehtiyat oyunçular skamyasında əyləşsə də, “Sumqayıt”la matçda “23-lük”dən kənarda qalmışdı.

Oktyabrın 11-də yığmamız Tallində Estoniya ilə qarşılaşacaq. Sabah isə yığmanın baş məşqçisi Fernando Santuş Estoniya və oktyabrın 14-də Slovakiya ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayacaq.

Görəsən, indiki Emin Mahmudovu yığmaya çağırmağa dəyərmi?

“Football-plus.az” bu sualı təcrübəli mütəxəssis Vaqif Sadıqova ünvanladı:

“Yaranmış vəziyyətə görə Emin Mahmudovun hər tərəfli dəstəyə ehtiyacı var. İlk növbədə yığmamızın baş məşqçisi bunu görməlidi. Eminin indiki durumu hamıya bəllidi. Psixoloji cəhətdənbəlkə də yaxşı durumda deyil. Amma Emin Mahmudov liderlik keyfiyyətlərini komanda daxilində göstərməlidi”.

ƏSƏD SEYİDOV
Избранный
35
football-plus.az

1Источники