RU

Lion meriyası “Beşiktaş”lı azarkeşlərə qadağa qoyub - İstanbul klubu UEFA-ya şikayət edib 

Fransanın Lion şəhərinin meriyasından türk azarkeşlərə qarşı gözlənilməz qərar  verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, “Beşiktaş”ın Avropa Liqası çərçivəsində oktyabrın 24-də səfərdə Fransanın “Olimpik Lyon” komandası ilə oyununda türk azarkeşlər stadiona buraxılmayacaq.

Klubdan verilən açıqlamaya görə, Lion merinin bu qərarını duyan kimi hərəkətə keçilib: "Azarkeşlərimiz bilsin ki, həm Lion meriyası, həm də UEFA-ya şikayətlər olunub. Ümidvarıq ki, problem müsbət həllini tapacaq".

Fərid ASLAN

MİA.AZ

Избранный
20
mia.az

1Источники